Yuxarı

Yanıq Mərkəzinin qalmaqallı baş həkimindən inanılmaz - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Yanıq Mərkəzinin müdiri Vüqar Ələkbərov təkcə qalmaqallı istefası ilə yadda qalmadı. Gənc baş həkimin sensasion çıxışı ilə yanaşı, onun kimliyi də müzakirə olunmaqdadır. Hamıda sual doğurur ki, 29 yaşlı bu həkim kimdir, necə olub mərkəzin müdiri təyin edilib?

Axar.az əməkdaşının qəsa araşdırmasından sonra bəlli olub ki, qalmaqallı baş həkim V.Ələkbərov həm də fəal Feysbuk istifadəçisidir. Onun paylaşdığı fotolardan da görünür ki, sabiq müdir özünü heç də bürokrat kimi deyil, sadə bir tələbə kimi tanıtmaqda maraqlıdır.

İlk fotodan başlayaq ki, plastik cərahiyyə əməliyyatları həyata keçirən V.Ələkbərov əməliyyat stolu üstündə qız maketi ilə şəkil çəkdirib. Növbəti şəkildə onun "Qurdlar Vadisi" ilə əlaqələri üzə çıxır.

Baş həkimin məşhur serialın Abdulheyi (əsl adı Zülfü Yüksel) ilə birgə fotosu diqqət çəkir.

Üçüncü fotoda təltif edildiyi diplomu görmək olar: Heydər Əliyev kursunun davamçısı, Azərbaycanın çiçəklənməsində, xeyriyyəçilik ənənələrində iştirakına görə "Azərbaycan Bayrağı diplomuna" layiq görülüb. Lakin bilmək olmur ki, diplomu verən kimdir, hansı təşkilat və ya qurumdur. Sadəcə, sədrin imzası qeyd edilib – vəssalam!

Maraqlı diplomdur. Daha maraqlısı isə odur ki, baş həkim nəinki bunu almaqdan, hətta Feysbukdakı profilindən paylaşmaqdan da çəkinməyib – bu diplomun mənbəyi ilə maraqlananların onun haqqında nə düşünəcəklərinə əhəmiyyət belə vermədən. Necə deyərlər, təki diplom və təmtəraqlı yazıları olsun – onun kim və hansı təşkilat tərəfindən verilməsinin, bu xeyriyyəçi həkimin xeyriyyəçilik fəaliyyətinin nədən ibarət olmasının fərqi yoxmuş...

***

V.Ələkbərovun başqa bir paylaşdığı şəkildə motosiklet həvəskarı olduğunu güman etmək olar.

Gənc cərrahın Rusiyada, İtaliyada çəkdirdiyi rəsmlər də onu deməyə əsas verir ki, V.Ələkbərov özünü bir mərkəz müdiri kimi yox, müstəqil gənc kimi hiss edir. Bəlkə də onun istefaya getməsini şərtləndirən amillərdən də biri budur. Çünki Azərbaycan reallığında rəhbər şəxs imici standartdan kənara çıxmır.

Yada salaq ki, V.Ələkbərov Respublika Yanıq Mərkəzinin müdiri vəzifəsindən istefasına səbəb kimi işlədiyi mərkəzdə özbaşınalığın hökm sürməsini göstərib. Səhiyyə Nazirliyi isə V.Ələkbərovun verdiyi açıqlamanı cəfəngiyyat adlandırıb. Mərkəzin yeni rəhbəri isə Şöhrət Məmmədov təyin edilib.

Xatırladaq ki, bu il 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinin adı və statusu dəyişdirilib. Xəstəxanada aparılan struktur və kadr dəyişikliyi nəticəsində yanıq şöbəsi Respublika Yanıq Mərkəzinə çevrilib.

Tarix
2014.10.22 / 13:07
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla