Yuxarı

İrandan hicabla bağlı etiraf: Səhvə yol verdik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan hicabla bağlı etiraf: Səhvə yol verdik

Təəssüf ki, ölkədə hicab sürətlə öz əhəmiyyətini itirməkdədir. Vəziyyət belə olduqda hicabın gündən-günə zəifləyib öz əhəmiyyətini itirməsi daha sürətli templə davam edəcək.

Axar.az xəbər verir ki, bu sözləri İran Mədəni İnqilab Şurası rəisinin qadınlar üzrə müavini Firiştə Ruhəfza Tehranda keçirilən “İslam inqilabından sonra iranlı qadınların geyimi” adlı toplantıda deyib.

“Əgər biz hicabla bağlı düzgün siyasət yürütsəydik, bu gün cəmiyyətdə hicabsızlığın sürətlə baş alıb getməsi faktı ilə üz-üzə qalmazdıq. Hicabın öz əhəmiyyətini itirməsinin səbəblərinə gəlincə, hesab edirəm ki, bu, qadınların ali təhsilə yiyələnməsi, cəmiyyətdə öz yerini tapıb hansısa bir işlə məşğul olması, iqtisadi baxımdan öz ayaqlarının üstündə durması və bir sıra ictimai məsələlərlə əlaqədardır.

Biz son 40 ildə hicab məsələsini siyasiləşdirməklə nəinki gənclərimizi hicaba inandıra bildik, hətta hicaba ideoloji don geyindirərək, insanların dini təlimlərdən bezib uzaqlaşmasına səbəb olduq”, - Ruhəfza bildirib.

Tarix
2018.12.02 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla