Yuxarı

Komitə sədri məcburi köçkünlərlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə sədri məcburi köçkünlərlə görüşdü - Foto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Axar.az xəbər verir ki, vətəndaşları Dövlət Komitəsinin sədri Rövşən Rzayev, həmçinin komitənin digər rəhbər işçiləri fərdi qaydada qəbul ediblər.

Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət problemlərinin həlli, məşğulluğun təmin edilməsi, vahid aylıq müavinətin verilməsi, kommunal xidmətlər və digər məsələlərlə bağlı olub.

Məcburi köçkünlərə bir daha izah edilib ki, bu kateqoriyadan olan vətəndaşların yeni mənzillə təminatı mərhələli şəkildə həyata keçirilir.

Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq, bu məqsədlə yeni yaşayış kompleksləri inşa edilir. Eyni zamanda məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün lazımi tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakıda və Sumqayıtda hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə tapşırıqların icrasını şəxsən nəzarətdə saxlayır.

Qəbul zamanı məcburi köçkünlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

Tarix
2018.12.04 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla