Yuxarı

Avtovağzalda yeni layihə: Sürücü sükan arxasında yatsa...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Avtovağzal Kompleksində yeni pilot layihə həyata keçirilir.

Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova "Bakutel-2018" sərgisində Azərtac-a açıqlamasında deyib.

O bildirib ki, Bakı Avtovağzalı Nəqliyyatı Mübadilə Mərkəzi inşa edilir və yaxın zamanlarda istifadəyə veriləcək. Mərkəzin yaradılmasında əsas məqsəd sərnişinlərin və sürücülərin təhlükəsizliyini təmin etmək, keyfiyyət göstəricisini daha da artırmaqdır. Bununla əlaqədar olaraq CISCO və Almaniyanın SAP şirkəti ilə pilot layihələrə başlanılıb.

P.Məmmədova qeyd edib ki, CISCO şirkəti ilə həyata keçirilən pilot layihə əsasən təhlükəsizlik və yüksək xidmətin göstərilməsi üçündür. Almaniyanın SAP şirkəti ilə həyata keçirilən pilot layihəyə əsasən isə sürücülərə xüsusi jiletlər veriləcək. Sürücü sükan arxasında yuxuya gedərsə və ya hansısa bu tip qəza vəziyyəti yaradacaq hallar baş verərsə jilet siqnal verərək həm sürücünü oyadır, həm də mərkəzdən nəzarət edən dispetçerə məlumat ötürür. Pilot layihə özünü doğruldarsa bütün sürücülərə bu jiletlər təqdim ediləcək.

Tarix
2018.12.05 / 00:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla