Yuxarı

Hansı sərfəlidir: Evi ipoteka ilə almaq, yoxsa tikdirmək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt Bakıda mənzil sahibi olmaq istəyən vətəndaşlarımız çox vaxt iki seçim arasında qalırlar. Bəziləri ipoteka ilə mənzil alsalar da, əksəriyyət torpaq sahəsi alıb ev tikdirməyin daha sərfəli olduğunu düşünür.

Bəs hansı daha sərfəlidir?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən daşınmaz əmlak eksperti Ramil Osmanlı bildirib ki, istər ipoteka ilə mənzil alarkən, istərsə də torpaq alıb ev tikərkən qoyulan ilkin kapitalın həcmi təqribən eynidir:

“Vətəndaş əvvəlcə 2-3 sot torpaq alır, ondan sonra digər prosesləri həyata keçirir. 2-3 sot torpağın qiyməti təxminən 10-15 min manatdır. İpoteka kreditləşməsində də ilkin ödəniş faizləri elə rəqəmlərlə ifadə olunub ki, vətəndaş təqribən elə bu məbləği əvvəlcədən banka ödəməli olur. Amma burada potensial mülkiyyətçinin mövcud imkanlarının hansına daha uyğun olması məsələsinə diqqət yetirmək lazımdır. Yəni ola bilər ki, vətəndaşın ilkin kapitalı var, amma iş yeri, aldığı əməkhaqqı və digər hüquqi məsələlər ipoteka ilə ev almağa imkan vermir. Təbii ki, vətəndaşın imkanı varsa, ipoteka kreditindən yararlana bilər. Düşünürəm ki, ipoteka daha sərfəli variantdır. Çünki həqiqətən bu gün Azərbaycanda ipoteka şərtləri MDB məkanında bir çox ölkələrdən daha əlverişlidir.

Bundan başqa, vətəndaş evi girov formasında alsa belə, bilir ki, bu, gələcəkdə onun mülkiyyətinə veriləcək. Aylıq ödəniş şərtləri sabit və sərbəstdir.

Bir məsələni də qeyd edim ki, ipoteka ilə alınan mənzillər adətən paytaxtın mərkəz və mərkəzinə yaxın ərazilərində yerləşir. Amma ipotekadan kənar mənzil mülkiyyətçisi olmaq üçün paytaxtdan kənarlaşmaq lazım gəlir ki, bu da gələcəkdə yol və s. xərclərin artmasına səbəb olur”.

Tarix
2018.12.05 / 09:07
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla