Yuxarı

“Olimpiya” fəhlələrinin üzü güldü - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Olimpiya” fəhlələrinin üzü güldü - Fotolar

Bakı Olimpiya Stadionunda işləyən fəhlələrin məvacibi ödənilməyə başlanıb.

Axar.az-ın əməkdaşı stadionun tikintisi gedən ərazidə olub və oktyabrın 14-də keçirilən aksiyadan sonrakı vəziyyətlə maraqlanıb. Müxbirimizə bildirilib ki, əmək haqları verilir və gecikdirilmiş maaşlar da ödənilir.

Fəhlələrin sözlərinə görə, onların maaşlarını gecikdirən "OKR Mühendislik İnşaat Taahhüt Elektrik Enerji Makine Sanayi Ticaret Limited" şirkəti olub. Artıq rəhbərlik onlarla görüşəndən sonra problem həllini tapıb.

Fəhlələr söyləyiblər ki, Dövlət Neft Şirkətində və bir çox xarici şirkətlərdə əmək haqqı gecikmələri olmur. Amma bu şirkətdə maaş gecikdirməsi yaşanıb və aksiyadan sonra məsələ həll edilib.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bir neçə gün öncə qeyd etmişdi ki, fəhlələr maaşların miqdarından, iş şəraitlərindən şikayətlənmirlər. Sadəcə, maaşlarını vaxtlı-vaxtında almaq istəyirlər. Bunu da yerinə yetirmək şirkətin borcudur.

Xatırladaq ki, stadionun may ayına qədər təhvil verilməsi gözlənilir.

Tarix
2014.10.25 / 09:39
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla