Yuxarı

Kulturoloq Fuad Məmmədov “Fikir şənbəsi”nin qonağı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kulturoloq Fuad Məmmədov “Fikir şənbəsi”nin qonağı oldu

Bu gün Bilik Fondunun "Fikir şənbəsi" klubunun qonağı kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov olub. Görüşdə Fondun əməkdaşları ilə yanaşı, tələbələr, media nümayəndələri, Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının üzvləri iştirak ediblər.

Fondun informasiya təminatı sektorunda Axar.az-a verilən məlumata görə, Bilik Fondunun icracı direktoru Oktay Səmədov "Fikir şənbəsi" klubunun fəaliyyəti barədə məlumat verərək qonağı iştirakçılara təqdim edib. Bilik səviyyəsi yüksəldikcə insanın mədəniyyətinin də yüksəldiyini deyən O.Səmədov gənclərin belə görüşlərdən faydalana biləcəyini dilə gətirib.

F.Məmmədov Bilik Fondunun belə maarifləndirici tədbirlərini alqışlayaraq kulturologiyanın cəmiyyətdə geniş təbliğinə ehtiyac olduğunu deyib, Bilik Fondu kimi bir qurumun yaradılmasını cəmiyyətin maarifləndirilməsi yönümündə önəmli addım kimi dəyərləndirib. Onun fikrincə, ziyalılar öz biliyini paylaşmaqla xalqa xidmət etməlidirlər. Kulturoloq gənclərə cəmiyyətdə ən çox ehtiyac duyulan mədəniyyət, bilik, dostluq kimi yüksək insani keyfiyyətlərdən, etik davranış qaydalarından danışıb, onları maraqlandıran sualları cavablandırıb. Kulturoloji testlərin keçirilməsi də iştirakçıların marağına səbəb olub.

Professor Bilik Fondu ilə əməkdaşlığı məmnuniyyətlə qarşıladığını, gəncləri maraqlandıran mövzularda mühazirələrə hazır olduğunu deyib.

Tarix
2014.10.25 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla