Yuxarı

Kürd validən həyasız çıxış: Azərbaycanlılar səhv edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürd validən həyasız çıxış: Azərbaycanlılar səhv edir

Bəziləri hadisədən 100-150 il keçdikdən sonra Cilovluqda qırğın olduğunu və 100 min nəfərin öldüyünü iddia edir.

Axar.az xəbər verir ki, bu sözləri İranın Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisi Məhəmməd Mehdi Şəhriyari deyib. O, ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən Cilovluq qətliamını inkar edərək, onu “dəyərsiz hadisə” adlandırıb:

“Tutaq ki, bu rəqəmlər doğrudur. Siz İkinci Dünya müharibəsindən sonrakı Almaniyanı düşünün. Almaniya dünyanın ən faşist və irqçi ölkəsi idi. Bu ölkə dünyanı böyük müharibəyə sürüklədi. Həmin müharibədə 40 milyondan çox insan həlak oldu, Almaniya isə yerlə yeksan edildi. Lakin müharibədən 20 il sonra Almaniya iqtisadi baxımdan dünyanın üçüncü ölkəsinə çevrildi. Sizcə, indi Almaniyada kimsə o müharibəyə işarə edir? Həqiqət odur ki, onlar belə şeyləri unudub, ona görə də bugünkü vəziyyətə gəlib çatdılar. Bəziləri isə keçmiş məsələləri yada salıb, gələcək nəsillərə təhlükə kimi təqdim edir. Deyirlər ki, bu qövm belə, o biri elə etdi, ermənilər filan işi gördü. Bunlar inkişafın qarşısını alır”.

Qeyd edək ki, XX əsrin əvvəllərində erməni, asuri və kürd dəstələri bir sıra xarici ölkələrin dəstəyi ilə Güney Azərbaycanın Urmiyə, Salmas və Xoy şəhərlərində kütləvi qətliam törədiblər. Kütləvi qırğın zamanı onminlərlə günahsız azərbaycanlı qətlə yetirilib. Bu hadisə tarixə “Cilovluq faciəsi” kimi düşüb.

Tarix
2018.12.07 / 10:41
Müəllif
Aytac Araz
Digər xəbərlər

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla