Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2018


Neft şirkətinə yeni vitse-prezident təyin edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

BP şirkəti bildirir ki, Toni Hant Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) Regionu üçün dəniz əməliyyatları üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Toni öz vəzifəsinin icrasına 15 dekabr 2013-cü il tarixindən başlayacaq. Bu vəzifədə Toni bütün AGT regionunun dənizdəki əməliyyatlarının təhlükəsiz, tələblərə uyğun və etibarlı şəkildə həyata keçirilməsinə cavabdeh olacaq.

Bu təyinat AGT Regionunda 4 il dəniz əməliyyatları üzrə vitse-prezident işləmiş Mark Tomasın Hyustonda yerləşən texniki funksional bölmələr üzrə vitse-prezident vəzifəsinə təyin olunmasından sonra verilib. Mark da öz yeni vəzifəsinin icrasına 15 dekabr 2013-cü il tarixində başlayacaq.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Qordon Birrell deyir: "Mən ötən dörd il ərzində Azərbaycanda dəniz əməliyyatlarımızın təhlükəsiz və etibarlı şəkildə idarə olunmasına verdiyi möhtəşəm töhfəyə görə Marka öz minnətdarlığımı bildirmək istəyirəm. Mark bizim regional dəniz əməliyyatlarımızın beynəlxalq standartlara və BP-nin tələblərinə uyğun qaydada idarə edilməsində aparıcı qüvvə olub. Marka təyin edildiyi yeni texniki funksional bölmələr üzrə vitse-prezident vəzifəsində uğurlar arzulayıram.
Həmçinin fürsətdən istifadə edərək Toninin AGT Regionuna gəlməsindən məmnunam. Toni beynəlxalq neft sənayesində geniş təcrübəyə malikdir və mən əminəm ki, bu təcrübə bizim dəniz əməliyyatlarımızın əvvəlki kimi yüksək səviyyədə təhlükəsiz və etibarlı şəkildə davam etməsini təmin etmək üçün əsas olacaq".
Toni Hant Lester universitetindən riyaziyyat üzrə bakalavr dərəcəsinə və Aberdində yerləşən Robert Qordon universitetindən dəniz qurğuları mühəndisliyi üzrə magistr dərəcəsinə malikdir. BP şirkətindəki 29 illik karyerası ərzində o, əməliyyatlar üzrə çoxsaylı vəzifələrdə, o cümlədən Böyük Britaniyada və Anqolada dənizdə və quruda əməliyyatlar üzrə rəhbər vəzifələrdə çalışıb. Toni Azərbaycandakı vəzifəsinə hazırda Luandada tutduğu sualtı əməliyyatlar üzrə menecer vəzifəsindən təyin edilib.

Tarix
2013.12.04 / 14:53
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Yavər Camalov dəfn edildi - Foto

Sabah 38 dərəcə isti olacaq

İran Azərbaycan münasibətlərini kimlər pozur – Şok faktlar

Xırdalanda ev yandı: 3 azyaşlı uşaq...

Həsən Azərbaycan vəfat etdi

Aviasiyamız Bakı səmasında növbəti uçuşlarına başladı

“Türk ulduzları” yenidən Bakıya gəlir

Ermənilər cəbhə xəttini atəşə tutdu

Magistratura üçün müsabiqənin nəticələri

17 tona yaxın xaş-xaş və çətənə kolu məhv edildi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla