Yuxarı

Hündürmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hündürmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi

Bakıda hündürmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib.

Axar.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, bu gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin 2 otağı, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 38 kv. m sahədə yanıb, digər otaqda olan əşyalar isə yüksək temperaturdan qismən əriyib.

14-cü mərtəbədə isə digər vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin pəncərə çərçivələri 8 kv. m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yuxarı mərtəbələrdən 20 nəfər bina sakini təxliyə olunub.

Hər iki mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 13:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.10.26 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla