Yuxarı

İsa Yaşar Tezel bələdiyyə başqanlığına namizəd oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kültür Dərnəyinin başqan yardımıçısı, Türkiyədə Azərbaycanın haqları uğrunda yorulmaz mübariz İsa Yaşar Tezel Milliyətçi Hərəkat Parityasından İğdır şəhəri bələdiyyə başqanlığına namizəd göstərilib.

Axar.az xəbər verir ki, bu barədə İsa Yaşar bəy öz Feysbuk səhifəsində paylaşım edib:

“31 mart bələdiyyə seçkilərində məni İğdır bələdiyyə başqan nəmizədliyinə layiq görən partiyam MHP-yə, başqanımız Devlet Bahçeliyə və dəstəkləri ilə məni yalnız buraxmayan bütün yerlilərimə təşəkkür edirəm.

31 mart bələdiyyə seçkilərində İğdırı və 45 illik partiyamı ən yaxşı şəkildə təmsil edəcəyimə şərəfim üzərinə and içirəm.

Qardaşlarım, dostlarım, böyüklərim!

İndi İğdır üçün birlik zamanıdır. Parityasına, etnik mənşəyinə, ideologiyasına baxmadan İğdırı sevən bütün yerlilərimdən yalnız amma yalnız İğdırı düşünmələrini rica edirəm.

Allah hamımızın yardımçısı olsun!

Böyük bir mübarizə bizi gösləyir!

Biz birlikdə bacaracağıq, biz birlikdə qazanacağıq!"

Qeyd edək ki, MHP-dən namizdəliyini irəli sürmək istəyən digər nüfuzlu milliyətçi Səfər Qaraqoyunlu da yazdığı mesajda hər kəsi İsa Yaşar Tezele dəstək verməyə çağırıb.

Xatırladaq ki, İğdırdan hakim Ədalət və İnkişaf Parityası Adıl Aşırımın namizədliyini irəli sürüb.

Hazırda İğdırın bələdiyyə başqanı PKK simpatizanı Müstəqil Demokrat Parityasından Murat Yikitdir.

Tarix
2018.12.09 / 23:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla