Yuxarı

Bakı keçmiş gömrük sədri ilə bağlı qərar verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı keçmiş gömrük sədri ilə bağlı qərar verdi

Azərbaycanın məhkəmə orqanları Qırğızıs Respublikasının Dövlət Gömrük Xidmətinin (DGX) sabiq rəhbəri Adamkul Junusovun həbs edilməsi və ekstradisiyası üçün sanksiya verib.

Report xəbər verir ki, bu barədə Qırğızıs Respublikasının Dövlət İqtisadi Cinayətkarlıqla Mübarizə Xidmətindən bildiriblər.

"Məlum olub ki, Qırğızıstandan qaçdıqdan sonra Adamkul Junusov ABŞ-da gizlənib. Dekabrın əvvəlində o, Bakıya gəlib və Heydər Əliyev Beynəlxalq Hava Limanında təhlükəsizlik strukturları əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılma DGX-nin keçmiş rəhbərinin beynəlxalq axtarışda olması ilə əlaqədar həyata keçirilib", - KİV yazır.

Sabiq məmurun prosessual prosedurlar başa çatdıqdan sonra Bişkekə göndəriləcəyi vurğulanır.

Qırğız Respublikasında 2013-2016-cı illərdə DGX-nin sədri vəzifəsində çalışmış, bu il avqust ayından İnterpol xətti ilə axtarışa verilən Adamkul Junusov Cinayət Məcəlləsinin 304-cü maddəsi (xidməti vəzifəsindən sui-istifadə) ilə ittiham olunur. O, özəl şirkətlərdən birinin nümayəndələri və qurumun digər rəsmi şəxsləri ilə davamlı korrupsiya əlaqəsi təşkil edərək dövlətə 166 milyon sumdan (2,28 milyon ABŞ dolları) çox maddi ziyan vurub.

Xatırladaq ki, Adamkul Junusov Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında dekabrın 5-də saxlanılıb.

Tarix
2018.12.10 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla