Yuxarı

İTV-də daha bir departament rəhbəri “vuruldu”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İTV-də daha bir departament rəhbəri “vuruldu”

Dünən 12 nəfərin işdən çıxarıldığı İTV-də daha bir dəyişiklik olub.

"Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, İnformasiya Departamentinin müdiri Mehparə Quliyevanın da səlahiyyəti əlindən alınıb. İTV-dəki mənbəmizin sözlərinə görə, Mehparə Quliyevanın işdən çıxarılması barədə rəsmi əmr olmasa da, faktiki olaraq o öz vəzifəsini icra etmir:

"Hazırda bütün səlahiyyətləri əlindən alınan M.Quliyeva iş günü ərzində kabinetindən çıxmır, göndərişlərin imzalanması, müxbirlərin çəkilişlərə göndərilməsi, xəbər redaktəsi kimi vəzifəsinin gərəkdirdiyi işlərin heç birini yerinə yetirmir. Vəzifəyə gətirildikdən 2 gün sonra ona verilən xidməti maşın da geri alınıb. Hətta faks aparatı belə otağından aparılıb".

Məlumata görə, onun zərərsizləşdirilməsinə səbəb baş direktorun informasiya və ictimai-siyasi verilişlər üzrə müavini Şaiq Məmmədovla vaxtaşırı mübahisə etməsi olub.

Elə buna görə də Şaiq Məmmədov İTV-yə Lider Televiziyasından Elgün İbrahimov adlı əməkdaş gətirib və bütün səlahiyyətlər M.Quliyevadan alınaraq, böyük redaktor vəzifəsinə gətirilən E.İbrahimova verilib. Hazırda həm Analitik Proqramlar, həm də İnformasiya Departamentinə faktiki olaraq E.İbrahimov rəhbərlik edir.

Qeyd edək ki, M.Quliyeva vəzifəsinə sentyabrın 3-də təyin olunmuşdu.

Tarix
2013.12.04 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla