Yuxarı

Aydın Bəşirovun Xalq artistinə bağışladığı ev geri alınır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aydın Bəşirovun Xalq artistinə bağışladığı ev geri alınır?

Xəzər Dəniz Gəmiçiliyi sabiq rəis Aydın Bəşirovun özəlləşdirdiyi əmlakla bağlı araşdırmalara başlayıb.

Bu haqda Axar.az-ın əldə etdiyi məlumatda bildirilir ki, XDG-nin balansında olan mülklərin siyahısı hazırlanır. Bu siyahı üzrə qurum öz əmlaklarını balansına geri qaytarmaq üçün məhkəməyə iddia ərizəsi verməyi nəzərdə tutub.

Xəbərdə o da deyilir ki, A.Bəşirovun özəlləşdirdiyi əmlak siyahısında Xalq artisti Məleykə Əsədovaya bağışladığı mənzilin də olduğu iddia edilir. Vaxtilə keçmiş rəis aktrisaya ev hədiyyə edib. Güman olunur ki, məhkəməyə təqdim olunacaq siyahıda M.Əsədovaya verilən ev də var.

Qeyd edək ki, A.Bəşirov müğənni-aktrisaya ev bağışlamasını öz açıqlamasında təsdiqləmişdi: "Təxminən 15-16 il bundan əvvəl görkəmli aktyor, mərhum Həsənağa Turabov Məleykə Əsədova ilə yanıma gəldi və xahiş etdi ki, o vaxtı İçərişəhərdən yuxarıda yaşadıqları birotaqlı evə bitişik olan evi ona verək. Həmin evdə də əvvəllər erməni yaşayıb və Gəmiçiliyin balansında idi. Xahiş etdilər, mən də o evi verdim Məleykəyə, oldu ikiotaqlı ev".

Daha sonra isə aktrisanın həmin evdən balkon çıxarmasına da məhz A.Bəşirovun icazə verdiyi məlum olub. Məmur eləcə də bildirib ki, Məleykə Əsədovanın sənətini bəyəndiyi üçün ona ev hədiyyə edib.

"Hətta toyuna da dəvət edib və mən də toyunda iştirak etmişəm. Ümumiyyətlə, hələ əvvəldən Məleykə Əsədovanın şeir deməyindən çox xoşum gəlib. Baxma da, Xalq artistidir. Mən təkcə Məleykə Əsədovaya deyil, digər adamlara da çox kömək etmişəm".

Tarix
2014.10.27 / 16:18
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla