Yuxarı

Maşınıyla kanala atıldığı deyilən poçt müdiri danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşınıyla kanala atıldığı deyilən poçt müdiri danışdı

"Mənim haqqımda deyilənlərin heç biri həqiqəti əks etdirmir. Mən vicdanımla çalışan insanam. Heç kəslə bu günə qədər heç bir ədavətim də olmayıb ki, məni cəzalandırsınlar".

Bu sözləri Axar.az-a Masallı rayonu Gəyəçöl kəndinin poçt məntəqəsənin müdiri Cavidan Şükürlü özü haqqında mətbuatda maşını ilə kanala atılmasıyla bağlı yayılan məlumat barədə danışarkən dedi.

C.Şükürlü qeyd edir ki, yayılan məlumatların heç bir əsası yoxdur. Xəbərdə Gəyəçöl bələdiyyə sədri Bəybala Əsədovun döyülməsi ilə bağlı məlumatı təsdiqləyən C.Şükürlü onun özü haqqında yayılanların ağ yalan olduğunu bildirdi. O, qeyd edir ki, ümumiyyətlə, belə bir hadisə baş verməyib:

"Məni maşınımla kanala atmaqları ilə bağlı yayılan məlumat başından yalandır. Bu məlumatı kimlərin yaymasıyla bağlı heç nə bilmirəm. Ancaq bu, belə bir hadisədir ki, baş versəydi, tezliklə təsdiqini tapardı. Baş verməmiş bir məlumatın yayılması məni və ailəmi də naraht edir. Xəbərdə adı qeyd edilən Əzizağa İbadovla yaxın yoldaşlığımız var. Heç bir ədavətimiz də yoxdur, olmayıb da. Belə bir hadisənin baş verməsi və yaşanması mümkün deyil. Şəxsən mən işimdə və addımımda belə bir nöqsana yol vermərəm ki, nəticəsi bu qədər ağır olsun".

C.Şükürlü onun haqqında deyilənlərə aydınlıq gətirməsinə səbəb kimi ailəsinin narahatlığını göstərdi:

"Ailə üzvlərim, övladlarım bu xəbərdən çox narahat oldu. Sizin vasitənizlə bildirmək istəyirəm ki, haqqımda deyilənlərin heç bir əsası yoxdur. Ümumiyyətlə, belə bir hadisə baş verməyib".

Qeyd edək ki, yayılan məlumata görə, Əzizağa İbadov adlı kənd sakini aralarında yaranmış mübahisəyə əsasən, Gəyəçöl kəndinin poçt məntəqəsənin müdiri Cavidan Şükülünün maşınını vuraraq kanala salıb.

Tarix
2014.10.28 / 08:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

İsraildə bayraqlar yarıya endirildi - Foto

Bu Zəfər milli iradənin təntənəsi idi

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla