Yuxarı

Bilik Fondu Ukrayna ilə əlaqə qurdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bilik Fondu Ukrayna ilə əlaqə qurdu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu Kiyevdə Ukrayna Bilik Cəmiyyətinin icraçı direktoru professor Kuşereç Vasil İvanoviç və cəmiyyətin elmi katibi, əməkdar jurnalist Vasilaşko Vasil Fyodoroviçlə görüşüb.

Bilik Fondunun fəaliyyəti barədə Axar.az-a məlumat verən C.Musaoğlu bildirib ki, təmsil etdiyi qurum ölkədaxili layihələrlə yanaşı, xarici əlaqələrə də böyük üstünlük verir:

"Qlobollaşan dünyanın tələbinə uyğun olaraq, elmdə, mədəniyyətdə, incəsənətdə ortaq nöqtənin tapılması vacibdir. Müxtəlif xalqların soy kökündən ayrılmadan yaxınlaşması, bir-biri ilə işgüzar münasibət qurması bir çox problemlərin həllinə yardım edər. Təbii ki, bunun üçün ilk növbədə hər ölkə daxildə mənəvi mühitin formalaşmasına nail olmalı, yeraltı və yerüstü sərvətlərdən əldə olunan gəliri insan kapitalının inkişafına yönəltməlidir".

Bilik Fondunun təmsilçisi Azərbaycanın məhz belə dövlətlərdən olduğunu xatırladaraq qeyd edib ki, Prezident İlham Əliyev əhalinin maariflənməsi, biliklənməsi, nəticədə intellektual cəmiyyətin qurulması üçün gərək olan bütün addımları atır. Bilik Fondunun yaradılması da məhz bunun təzahürüdür.

C.Musaoğlu Ukrayna Bilik Cəmiyyətini Azərbaycanın Bilik Fondu ilə əməkdaşlığa dəvət edib.

Ukrayna Bilik Cəmiyyətinin icraçı direktoru Vasil İvanoviç deyib ki, bundan sonrakı əlaqələrin daha da genişlənməsi üçün qarşlıqlı layihələr həyata keçirməyə ehtiyac var. V.İvanoviç bildirib ki, Ukrayna Bilik Cəmiyyəti ianələr əsasında fəaliyyət göstərir və bu cür maliyyələşmə böyük layihələrə imza atmağa imkan vermir.

Cəmiyyətin elmi katibi, Azərbaycan barədə geniş məlumata malik olduğunu deyən Vasil Fyodoroviç də görüşdən olduqca razı qaldığını söyləyib.

Tarix
2014.10.28 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla