Yuxarı

Dezinformasiyalar baş alıb gedir – Komitə sədri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dezinformasiyalar baş alıb gedir – Komitə sədri

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini qurumlar və sosial media” mövzusunda konfrans keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən komitə sədri Mübariz Qurbanlı hazırda 909 dini icmanın qeydiyyatdan keçdiyini bildirib:

"Qeydiyyatdan keçənlərin 32-si qeyri-müsəlman, digərləri isə islam dininə aid icmalardır".

Sosial medianın həyatımızın ayrılmaz hissəsinə çevrildiyini deyən M.Qurbanlı vurğulayıb ki, bu məsələdə maarifləndirməyə ehtiyac var:

"Dini icmalar dini maarifləndirmədə yaxından iştirak edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə çalışır.

Mətbuatımız da dini maarifləndirmədə yaxından iştirak edir. Bir vaxtlar insanlar fikirlərini qəzetlər vasitəsilə ictimailəşdirirdisə, bu gün onlar bunu sosial şəbəkədə ifadə etməkdə daha çox maraqlıdır. Sosial medianın müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Hətta bəzi ölkələrdə bunu qanunvericiliklə tənzimləyirlər. Bəziləri bunu azad fikrin məhdudlaşması kimi qəbul edir. Lakin danılmaz faktdır ki, sosial mediada bəzən dezinformasiyalar baş alıb gedir. Bu mövzu bizim ölkədə də diqqət mərkəzindədir”.

Tarix
2018.12.17 / 11:52
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla