Yuxarı

Bu şəxslərin efirdə danışması ayıbdır – Kamal Abdulla

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə başçısı öz fəaliyyətinin böyük hissəsini Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin, Azərbaycan həqiqətlərinin qorunması və yayılmasına sərf edir.

Axar.az xəbər verir ki, bu sözləri bu sözləri Azərbaycan Dillər Universitetində Universitetin Filologiya və jurnalistika fakültəsinin virtual jurnalistika kafedrasının müəllimi Nərgiz Cavadzadənin təşkilatçılığı ilə “KİV-də Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda keçirilən dəyirmi masada çıxışında ADU-nun rektoru, akademik Kamal Abdulla deyib. Akademik bildirib ki, Prezidentin son dərəcə düşünülmüş, müdrik qərar və sərəncamları məhz dilimizin inkişafına xidmət edir:

“Dilimizin inkişafı dilin dəyişməsi deməkdir. Dil dəyişirsə, deməli, o yaşayır. Dil yaşayırsa, inkişaf edir. Əsas məsələ dilimizin dəyişərkən hər hansı süni müdaxilə və pozuntuya yol verilməməsi ilə bağlıdır. Mənə həmişə elə gəlir ki, dilimizə olan təhlükə xaricdən alınan sözlərdə deyil, dilimizin öz sözlərinin başına gətirilən müsibətlərdədir. Televiziya aparıcılarının dilindən “musiqilər” sözü düşmür. Musiqi özü-özlüyündə cəm anlayışını ifa edir, ona əlavə cəm şəkilçisi artırmaq dili duymamağın ən bariz nümunəsidir. Xarici dildən söz almaq məsələsi son dərəcədə maraqlı məqamdır. Bu, dilin inkişafınamı xidmət edir, ya dilin zəifliyinəmi işarədir? Deyilir ki, əgər ehtiyac varsa, o sözlər dilə gətirilsin. Bu, bir yanaşmadır, mən deyərdim ki, dildə termin kimi həmin söz özünü tutubsa, onu dilə gətirmək olar, çünki bu zaman dilin sinonim cərgəsi artır. Əcnəbi sözlərin dilin özünəməxsusluğuna ziyanı yoxdur. Dilin korlanması ancaq Azərbaycan dilinin içində baş verə bilər”.

Kamal Abdullanın sözlərinə görə, dil şüurumuzda mövcud olan strukturdur və ona təsir etmək mümkün deyil:

“Nitqimiz başqa məsələdir. Danışanda rusca sözlər işlədirəmsə, bu, mənim nitqimin zəifliyidir, deməli, həmin məqamda uyğun söz tapa bilməmişəm. Bu isə onu göstərir ki, mütaliəm azdır. Azərbaycan dilində pis nitqini ört-basdır etmək istəyənlər deyirlər ki, rus dilində düşünüb Azərbaycan dilində danışıram. Bir dildə düşünüb başqa dildə danışmaq mümkün deyil. İnsanlar hamısı təfəkkürün dilində düşünür, amma səsli danışığa keçərkən, o, artıq başa düşdüyümüz dilə, nitqə çevrilir. Öz içimizdən buraxmamışıqsa, o, daxili nitqimizdir”.

ADU rektoru bildirib ki, ədəbi dilin normalarını pozan televiziya aparıcılarını Azərbaycan dilində kitab oxumağa məcbur etmək lazımdır:

“Məsələn, o aparıcılardan üçünü bizim, digər üçünü başqa universitetlərə təhkim edin, attestasiyadan keçsinlər. Onlara qrammatika barədə sual verməyəcəyəm, soruşacağam, filan əsəri oxuyubsan? Əbdürrəhim bəy Haqverdiyevi, Mirzə Cəlili, Hüseyn Cavidi oxumadan çıxıb televiziyada danışmaq ayıbdır. Heç olmasa, ayda bir dəfə kitab oxusunlar. Güman edirəm ki, elə aparıcılar var ki, axırıncı dəfə məktəbdə əlifba kitabını oxuyublar”.

Kamal Abdulla vurğulayıb ki, korrektorlar nəsli itib-batmaqdadır:

“Normal korrektor tapmaq çətindir. Çünki test üsulu ilə qəbul imtahanında orfoqrafik qaydalarla bağlı sual salınmır. Testə suallar düşsə, ali məktəbə hazırlaşan abituriyent sözün düzgün yazılış qaydasına diqqətlə fikir verər. Bir daha qeyd edirəm, ən əsası mütaliədir. Dönə-dönə, hər gün bədii ədəbiyyat oxumaq lazımdır. O zaman dilin rayihəsini içinizə çəkəcək, energetikasını hiss edib daxilinizdə yaşadacaqsınız”.

Tarix
2018.12.19 / 09:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının təyyarə tələbi: Kreml “fikrini” dəyişəcəkmi?

AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”...

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır - "Vaşinqton Post"

Azərbaycan ilə Çinin böyük planları var - Əliyev

İlham Əliyevdən Şuşa forumu ilə bağlı paylaşım - Video

Kifayətdir, artıq sülh şəraitində yaşamalıyıq - Prezident

Bu məsələdə Afrika dövlətlərini dəstəkləyirik - Əliyev

Buna təminat varmı? Belə bir qarantiya var? - İlham Əliyev

Fransa ilə Kaledoniya arasında baş verən hadisə...

Artıq cənnətin kiçik bir parçasını görürük - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla