Yuxarı

Mikayıl Cabbarov əmr imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mikayıl Cabbarov əmr imzaladı

Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü dərs ilinin nəticələrinə görə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında əmr imzalayıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar təşkilat komitəsi yaradılıb.

Bu proses Azərbaycan prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" sərəncamına uyğun həyata keçirilir.

Müsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumtəhsil məktəblərini müəyyən etmək, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini respublika miqyasında geniş yaymaq, təhsil müəssisələri arasında yenilikçilik uğrunda sağlam rəqabətin güclənməsinə real zəmin yaratmaq və ictimaiyyətin, valideynlərin, xeyriyyəçi iş adamlarının, biznes qurumlarının diqqətini ümumtəhsil məktəblərinin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil məktəbləri bir sıra yüksək göstəricilərə malik olmaları tələb olunur. Bunlar arasında son üç ildə məzunlarının ali məktəblərə qəbul faizinin yüksək olması, eyni zamanda məzunlarının yüksək bal toplaması, müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişaf yönlü innovativ təhsil proqramlarında iştirakı, respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdlərinin mükafata layiq yerlər tutması, ümumtəhsil məktəbinin fənn müəllimləri ilə tam komplektləşdirilməsi, müəllim-şagird nisbətinin səviyyəsinin aşağı olmaması, təhsil və əmək qanunvericiliyinin, təhlükəsizlik və sanitar tələblərin pozulması hallarına yol verilməməsi, bir sıra sorğularda ümumtəhsil məktəbi haqqında müsbət rəylərin irəli sürülməsi kimi şərtlər üstünlük təşkil edir.

Tarix
2014.10.29 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

Katolikosun Qarabağ açıqlaması müharibə çağırışıdır

“Kənddən şəhərə” yarmarkasında qiymətlər... - Video

Rus ordusunda döyüşən İbad Hüseynov öldü - Foto

İran müharibəsi bu iki düşməni barışdırdı

“Krokus”da terror törətmiş 4 nəfərə ömürlük həbs verildi

Prezident Jelka Tsviyanoviçlə görüşdü

Türkiyədə Azərbaycanla bağlı tənqidlərin səbəbi - General

Ermənistanla sülhdən sonra bunun üzərində ürəkdən çalışırıq

İran XİN Müctəba Xameneinin yaralandığını təsdiqlədi - Təcili

Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla