Yuxarı

Osman Gündüzdən “Elektron hökumət”lə bağlı sərt sözlər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Osman Gündüzdən “Elektron hökumət”lə bağlı sərt sözlər - Foto

"Belə görünür ki, Maliyyə Nazirliyi 2014-2016-cı illərdə Elektron hökumətin inkişafı ilə bağlı Dövlət Proqramı Layihəsinə müsbət rəy vermək istəmir. Cavabdeh qurumlar, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi də hələlik susur".

Axar.az xəbər verir ki, söz sözləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz Feysbuk hesabında yazıb.

O.Gündüz qeyd edir ki, Prezident tərəfindən Elektron hökumətin inkişafı Dövlət Proqramının təsdiqi ilə bağlı müddət çoxdan bitdiyi üçün bu artıq reallaşmalı idi: "Hətta Prezident fərmanında da söhbət 2013-2014-cü illərdən gedirdi".

Azərbaycan İnternet Forumunun prezidenti əlavə edir ki, Elektron xidmətlərlə bağlı nazirliklərin verdikləri təkliflər də öz həllini gözləyir:

"Belə olduqda yenə keçmiş zamanlarda olduğu kimi hər bir dövlət qurumu "öz hesabına" xidməti elektrona çevirmək məcburiyyətində qalacaq. Bu isə sonda dövlət qurumları - nazirliklər arasında ciddi infromasiya bərabərsizliyinə gətirib çıxaracaq. Bəzi vacib, ictimai-sosial əhəmiyyət kəsb edən xidmətlər isə yenə elektron formaya keçirilməyəcək. Fikrimcə, adı çəkilən əlaqəli qurumlar Proqramın təsdiqi ilə bağlı əməli addımlar atmalıdırlar".

Tarix
2014.10.29 / 18:03
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla