Yuxarı

İcra başçısı müavinlərinin müşavirəsi davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı müavinlərinin müşavirəsi davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən şəhər, rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən seminar-müşavirəsi oktyabrın 29-da öz işini davam etdirib.

AzərTAc xəbər verir ki, seminar-müşavirənin ikinci günündə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, səhiyyə naziri Oqtay Şirəliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məruzələrlə çıxış ediblər.
Tədbirdə Azərbaycanda tolerantlıq və multikulturalizm mühitinin qorunması, mədəniyyət, turizm, səhiyyə sahələri, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi, ölkənin ictimai-siyasi həyatı və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Seminar-müşavirənin iştirakçıları Dövlət Bayrağı Meydanı Kompleksi, Bakının rəmzlərindən biri, dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan Xalça Muzeyinin yeni binası ilə tanış olub, Beynəlxalq Muğam Mərkəzində konsertə və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseyn Cavidin "Əmir Teymur" pyesi əsasında hazırlanan tamaşaya baxıblar.

Seminar-müşavirə oktyabrın 30-da öz işini başa çatdıracaq.

Tarix
2014.10.29 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

Hazırda Təbriz səmasında qeyri-adi işıq görülür - Video

Prezident Möminə xatun türbəsində bərpa işləri ilə tanış oldu

İlham Əliyev Naxçıvan şəhərinin Baş Planı ilə tanış oldu

"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu

İlham Əliyev AzTV-yə müsahibə verdi

Prezident Döyüş bayraqlarının verilməsi mərasimində

Prezident Naxçıvan Regional DOST Mərkəzinin açılışında

Prezident Naxçıvanda yeni avtobuslara baxdı

Prezident Naxçıvan Sənaye Parkının təməlini qoydu - Foto

İlham Əliyev bu stansiyalardakı işlərlə tanış oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla