Yuxarı

Xanım başçı görüşə gəldi: ictimai fəal nələr danışdı? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xanım başçı görüşə gəldi: ictimai fəal nələr danışdı? - Foto

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu gün Mehdiabad qəsəbəsində növbəti səyyar-qəbul keçirib.

Bu barədə Axar.az-a BAXCP sədrinin müavini, ictimai fəal Niyaməddin Orduxanlı məlumat verib. N.Orduxanlı bildirib ki, sözügedən qəsəbədə yaşadığı üçün qəbulda iştirak edib.

“Bu, artıq İradə xanımın bizim qəsəbədə keçirdiyi 5-ci görüşdür. Həm görüşlərin intensivliyi, həm də qaldırılan problemlərin vaxtında icrası ürəyimizcədir”, - N.orduxanlı bildirib.

Onun sözlərinə görə, icra başçısı Abşeron rayonu ərazisində yerləşən 15 qəsəbə və kəndin hamısına eyni ardıcıllıqla gedir, hər şeyi nəzarətdə saxlamağa çalışır:

“Bundan öncəki görüşdə Mehdiabad qəsəbəsinin mövcud problemlərindən danışmışdım. Dedim ki, qəsəbədə müəyyən bankların bankomatları yoxdur və bu da maaş alan sakinlərə əlavə problem yaradır, həmçinin su ilə bağlı çətinliyi xatırlatmışdım. Qəsəbəyə bankomat o görüşdən qısa müddət sonra qoyuldu, su problem də həll edildi”.

N.Orduxanlı icra başçısının bütün görüşlərə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri , icra nüməyəndələri, bələdiyyə sədrləri ilə gəldiyini bildirib. Buna görə də qaldırılan problemin yerindəcə həlli və tapşırıqların verilməsi fürsətinin yarandığını qeyd edib:

“Qəsəbəmizdə artıq ən müasir tələblərə cavab verən 5-ci məktəb tikilib istifadəyə verildi. Şəhid ailəsinin evinin təmirini İcra Hakimiyyəti öz üzərinə götürmüşdü, bu dəfə görüşə gələndə artıq həmin ev yüksək səviyyədə təmir edilmişdi”.

N.Orduxanlı bu görüşdə 1996-ci ildə qəsəbə sakinlərinə verilən kənd təsərrüfatlı əkin torpaqlarında fərdi mənzillərin tikilməsini və bu evlərə vətəndaşların uzun illərdir mülkiyyət hüququ ala bilməməsini qabartdığını deyib:

“İnanıram ki, bu problem də həllini tapacaq”.

Tarix
2018.12.20 / 23:49
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Simonyanla müzakirə apardı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla