Yuxarı

Bakıda təhlükəli kosmetik vasitə satılır – Diqqət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda təhlükəli kosmetik vasitə satılır – Diqqət

Paytaxtdakı mağazalarda məşhur kosmetik vasitənin saxta versiyaları satışa çıxarılıb.

Axar.az xəbər verir ki, alıcılıq qabiliyyəti yüksək olan və xanımlar tərəfindən ən çox üstünlük verilən “İngrid Mineral” tonal kreminin saxta versiyaları satılır.

Orijinalından seçilməyən kremlər artıq bir müddətdir satışdadır. Belə ki, işbazlar “Lifting” adlı tonal kremlərin qablaşdırmasının üzərinə “İngrid Mineral” kremlərinin üz qabığının görüntüsünü vurublar. Qablaşdırmanın ikisi də demək olar ki, eyni olduğundan fərq hiss olunmur. Məhsulun üzərinə ustalıqla yapışdırılmış görüntü çıxarıldıqda kremin saxta olduğu məlum olub.

Maraqlıdır ki, kosmetik məhsul satışını həyata keçirən əksər mağazalar da işbazların bu hiyləsindən xəbərdar deyil. Bu səbəbdən bir çox mağazalar orijinal məhsulla bərabər sözügedən məhsulun saxta versiyasını da təqdim edirlər.

Kosmetoloq Könül Quliyevanın sözlərinə görə, saxta kosmetik vasitələrin tərkibində olan xarici faktor və ya qoruyucu maddələr dəridə həssaslıq, qızartı, qaşınma və allergik reaksiyalara səbəb olur və bəzən istehlakçının həyatını təhlükə altında qoyur. Bu səbəbdən istifadəçilər üz üçün kosmetik vasitə seçərkən diqqətli olmalıdırlar.

Tarix
2018.12.21 / 16:08
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla