Yuxarı

Eldəniz Quliyev həbs olundu - İslah

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eldəniz Quliyev həbs olundu - İslah

Oktyabrın 30-da Nəsimi Məhkəməsində Milli Şuranın üzvü, tanınmış ziyalı Eldəniz Quliyevə qarşı növbəti məhkəmə prosesi keçirilib. Proses zamanı E.Quliyevə qarşı hökm çıxarılıb.

Musavat.com-un xəbərinə görə, məhkəmə Eldəniz Quliyevə 480 saat ictimai islah işləri üzrə həbs cəzası verib. Həmçinin o, min manat cərimə olunub. Bundan əlavə, qərarda ekspertiza rəyinə görə, 140 manat pulun dövlət büdcəsinə keçirilməsi də öz əksini tapıb.

Həmçinin, onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılıb.

Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə Daxili İşlər naziri Ramil Usubova müraciət etmiş və yol polisi ilə bağlı müəyyən neqativ fikirlərini yazmışdı. DYP haqqında işlədilən ifadələri təhqir və böhtan olduğunu hesab edən R.Usubov isə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Ramil Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul etmişdi.

Tarix
2014.10.30 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla