Yuxarı

Sürüşmə zonalarındakı son durum

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürüşmə zonalarındakı son durum

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Bakıdakı sürüşmə sahələrində monitorinqləri davam etdirirlər. Tədqiqatların nəticələrinə görə, son günlər yağan yağış nəticəsində bəzi sürüşmə ərazilərində prosesin dinamikasında nisbi fəallıq müşahidə edilib.

Axar.az xəbər verir ki, bu barədə nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib. O deyib ki, Səbail rayonunun Badamdar sürüşmə sahəsində yamacın yuxarı hissəsində uçqun töküntü prosesinin əlamətlərinə rast gəlinib. Analoji hal Suraxanı rayonunun Zığ sürüşmə sahəsində də müşahidə olunub. Prosesin dinamikası nisbətən aktivləşib. Lakin sürüşmə sahələrində elə bir ciddi fəsad qeydə alınmayıb. Həmin ərazilərdə stabil vəziyyət saxlanılmaqdadır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Badamdar sürüşmə sahəsində işləri davam etdirir. Hazırda ərazidə sürüşməyə səbəb olan suyun çəkilməsi məqsədilə quyular qazılır.

Tarix
2018.12.22 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla