Axar.az
Yuxarı

Rusiya Azərbaycanın axtarışa verdiyi zabiti yaxaladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın İrkutsk şəhərində İnterpol əməkdaşları fırıldaqçılıqda şübhəli bilinərək beynəlxalq axtarışa verilmiş ehtiyatda olan hərbçini saxlayıblar.

Axar.az xəbər verir ki, bu barədə İnterpolun Rusiyadakı Milli Mərkəzi Bürosundan məlumat verilib.

Hüquq-mühafizə orqanlarına Azərbaycan vətəndaşı olan şübhəli şəxsin şəhər mərkəzində olması barədə informasiya daxil olub. Məlumat öz təsdiqini tapıb və keçirilən operativ əməliyyat tədbirləri çərçivəsində 38 yaşlı həmyerlimiz saxlanılıb.

Saxlanılan şəxs uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət aparıb və 3 il əvvəl mayor rütbəsində ordudan ayrılıb. Təqaüddə olan şəxs keçmiş həmkarlarına qarşı fırıldaqçılıq fəaliyyətinə başlayıb. Belə ki, hərbi hospitalda olan həmkarlarına pul qarşılığında əlilliyə görə təqaüdə çıxmaq imkanı yaradan saxta arayışların verilməsini təklif edib. Öz xidməti qarşılığında isə keçmiş hərbçi hər dəfə bir neçə min dollar qazanıb. Onun barəsində fırıldaqçılıq maddəsi ilə cinayət işi açılıb, beynəlxalq axtarışa verilib.

Hazırda onun Azərbaycana ekstradisiyası məsələsi müzakirə edilir.

Tarix
2018.12.25 / 10:16
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Qubadlının işğaldan azad olunan Xanlıq kəndi - Video

Əliyar Əliyevin oğlu: Atamın qanı yerdə qalmadı

Teledərslərin sabaha olan cədvəli açıqlandı

Ermənilər ön xətdən qaçır: Komandirlə dava... - Video

Erməni hərbçilər: Üç gündür acıq, bizi atıb gediblər... - Video

Ermənistan meyitlərini götürməkdən imtina edir - Hacıyev

Düşmən kolonunu məhv edən cəsur əsgərimiz - Foto

Qubadlının Padar kəndinin görüntüsü - Video

Baş nazirdən yeni qərar

MN: Canlı qüvvəsi tükənən düşmən...

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla