Yuxarı

Mübarizi təhqir edən qızla bağlı şikayət rədd edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mübarizi təhqir edən qızla bağlı şikayət rədd edildi

Bu gün Xətai Rayon Məhkəməsində psixoloq Nərmin Şahmarzadə ilə idmançı Araz Musayevin məhkəmə hazırlıq iclası baş tutub.

Azxəbər.com xəbər verir ki, idmançının vəkili Ramil Rüstəmov məhkəmədən Nərmin Şahmarzadəni 147-ci maddə ilə məsuliyyətə cəlb olunmasını xahiş edib.

Vəkil məhkəmədən Şahmarzadəni 3 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib. Digər tələb isə onun Azərbaycan xalqından üzr istəməsi ilə bağlı olub.

Məhkəmə müşavirədən sonra qərar verib. Hakim iddianı təmin etməyib və işə xitam verib.

Buna səbəb isə iddiaçı tərəfin bəzi sənədlərinin qaydasında olmaması göstərilib.

Vəkil Ramil Rüstəmov sənədlərə düzəliş edəndən sonra yenidən məhkəməyə müraciət edəcəklərini deyib.

Araz Musayev deyib ki, sənədlərdə texniki problem olub və bunu aradan qaldırırlar:

"Bizim vaxtımız az olduğuna görə bəzi sənədlərdə problem yaranmışdı, yəni "məhkəmə iddiamızı rədd etdi" demək düzgün deyil, biz sənədləri düzəldib, yenidən məhkəməyə müraciət edəcəyik. Hazırda sənədləri düzəldib, məhkəməyə gedirəm".

Qeyd edək ki, Nərmin Şahmarzədə adlı qız Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə məhkəməyə verilib.

Tarix
2018.12.25 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla