Yuxarı

Gəncədə qətl törədən şəxs YPX postunda saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə qətl törədən şəxs YPX postunda saxlanıldı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncədə qətl törədərək qaçan şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, qəsdən adam öldürməkdə şübhəli bilinərək axtarışda olan Gəncə şəhər sakini Elməddin Əliyevin “Mersedes” markalı mikroavtobusda sərnişin qismində şəhəri tərk etməsi barədə dekabrın 25-də Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə qeyd edilən mikroavtobus həmin gün saat 02.45 radələrində Hacıqabul rayonu ərazisindəki YPX postunda yoxlama məqsədilə saxlanılıb.

Polis əməkdaşları tərəfindən saxlanılan E.Əliyevdən şəxsi axtarış zamanı bıçaq aşkar edilərək götürülüb. O, aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.

Tarix
2018.12.26 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla