Yuxarı

Bulvarda Yeni il konsertləri başlayır – 29 dekabrdan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bulvarda Yeni il konsertləri başlayır – 29 dekabrdan

Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Televiziyası ilə birlikdə yeni layihəyə başlayır.

Bulvar İdarəsindən Axar.az-a verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ərəfəsində start götürəcək layihə çərçivəsində ilk konsert dekabrın 29-da Kukla Teatrının arxasında yerləşən meydanda keçiriləcək.

“Yeni il gəlir” adlı bayram tədbirinə saat 12-də uşaq musiqi kollektivlərinin iştirakı ilə baş tutacaq konsertlə start veriləcək. Saat 18-də isə Azərbaycan Televiziyasının musiqi kollektivləri və solistlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq. Konsertin məhz bu tarixdə keçirilməsi təsadüfi deyil. Dekabrın 29-da Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümüdür.

Qeyd edək ki, birgə layihə il ərzində davam edəcək. Müxtəlif əlamətdar tarixlərdə musiqi kollektivlərinin iştirakı ilə müxtəlif janrlarda konsetlər təşkil olunacaq. Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan mədəniyyətini və musiqisini təbliğ etməkdir.

Tarix
2018.12.27 / 14:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla