Yuxarı

General nöqsanları təhlil etdi, göstərişlər verdi – Müşavirə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2018-ci il üzrə xidməti fəaliyyətin yekunlarına və yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar müşavirə keçirilib.

Xidmətdən Axar.az-a verilən məlumata görə, qurumun rəisi, general-leytenant Arzu Rəhimov müşavirədə 2018-ci ildə Xidmət tərəfindən görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edib, idarə, şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, Silahlı Qüvvələri ilə bağlı ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi işi bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti və qayğısı nəticəsində uğurla davam və inkişaf etdirilir.

Xidmət rəisi ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə son illər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində əldə edilən nəticələri vurğulayıb. Qurumun peşəkar kadrlarla komplektləşdirilməsi, maddi-texniki imkanlarının genişləndirilməsi istiqamətində əsaslı işlər görüldüyünü vurğulayıb. Müşavirə iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən general-leytenant Arzu Rəhimov Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunması işinin davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini çatdırıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.

Bildirilib ki, hazırda qurum tərəfindən “ASAN xidmət” mərkəzlərində beş xidmət təqdim olunur, həmçinin elektron xidmətlərin imkanları genişləndirilir. Müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçıların təyin olunduqları xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırıldığı və qurumun elektron xidmətləri vasitəsilə məlumat almaq imkanlarının yaradıldığı qeyd edilib. Həmçinin il ərzində Xidmət tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş tədbirlərin səmərəli nəticələri diqqətə çatdırılıb.

Sonra general-leytenant Arzu Rəhimov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı zəruri məsələlərdən danışıb.

Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov 2019-cu ildə rəhbərlik etdiyi qurum tərəfindən görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlarını verib.

Hesabat müşavirəsində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Xidmətin şəxsi heyətini təbrik edən Xidmət rəisi əminliklə bildirib ki, qurumun hər bir əməkdaşı üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirəcək.

Müşavirənin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara Xidmət rəisinin əmri ilə təltiflər təqdim olunub.

Tarix
2018.12.28 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı COP tədbiri tarixə düşəcək – İlham Əliyev

Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi

İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var

Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…

Berbokun Bakıya qarşı ittihamları... – Prezidentin köməkçisi

Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış

COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...

COP29-un bağlanış iclası keçirildi - Video

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla