Yuxarı

Bakıya gələn türkün çantasından görün nə çıxdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya gələn türkün çantasından görün nə çıxdı - Video

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, Türkiyə-Naxçıvan-Bakı marşrutu ilə gələn Türkiyə vətəndaşı gömrük nəzarəti zonasını tərk etdikdən sonra gömrük əməkdaşları tərəfindən saxlanılıb.

Axar.az DGK-ya istinadən xəbər verir ki, vətəndaşın baqajına və əl yükünə yoxlama keçirilməsi üçün o, İdarənin inzibati binasına dəvət olunub.

Yoxlama zamanı Türkiyə Respublikasının vətəndaşına məxsus çantanın içərisindəki üç qutuda cəmi 308 kapsul "Neogaba Pregabalin 300 mg" adlı dərman preparatı aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, aşkar olunan dərman preparatlarında preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 92,4 qram təşkil edir.

Xatırladaq ki, preqabalin "Güclü təsir edən maddələrin siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2018.12.29 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla