Yuxarı

Bu gecə marşrutlar fərqli işləyəcək – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gecə marşrutlar fərqli işləyəcək – Açıqlama

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti sərnişin axınına uyğun olaraq təşkil ediləcək. Həmçinin zərurət olan istiqamətlər üzrə xəttə əlavə avtobuslar buraxılacaq.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb. Qeyd olunub ki, bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib:

“Bununla yanaşı 31 dekabr axşam saatlarından etibarən yanvarın 1-i gecə saatlarınadək şəhər yollarındakı svetoforların fəaliyyətinə nəzarət adi günlərlə müqayisədə artırılacaq. Sıxlıq müşahidə edilən küçə və prospektlərdə nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə svetoforlarda yaşıl dalğa tətbiq ediləcək”.

Tarix
2018.12.31 / 14:33
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla