Noyabrın ilk günü Azərbaycan yollarında baş vermiş
avtomobil qəzaları 8 nəfərin həyatına son qoyub.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata
görə, noyabrın 1-də ümumilikdə 15 yol-nəqliyyat hadisəsi qeydə
alınıb. Nəticədə dünyasını dəyişən 8 nəfərdən başqa 10 nəfər
müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölümlə nəticələnən qəzalardan 3-ü paytaxtda baş verib. Nizami
rayonu ərazisində sərnişin avtobusu 2 nəfəri vurub öldürüb. Digər
iki qəza isə Suraxanıda baş verib. Yeni Suraxanıda "Ford" və
"Renault"un toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib. Yeni
Günəşlidə isə "VAZ 2107"nin vurduğu piyadanın həyatını xilas etmək
mümkün olmayıb.
Ölümlə nəticələnən digər qəzalar Göygöl, Ağstafa, Şəmkir və
Gəncənin Nizami rayonunda olub.
Hər bir faktla bağlı zəruri araşdırmalar aparılır.