Yuxarı

Qənirə Paşayeva mükafat aldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayevaya İsmayıl bəy Qaspırallı İnsan Haqları mükafatı verilib.

Axar.az xəbər verir ki, Türkiyənin Bartın bölgəsində YUNESKO, Bartın Valiliyi, Bartın Universiteti, Türkdilli Ölkələr Beynəlxalq Jurnalistlər Dərnəyi tərəfindən təşkil edilmiş tədbirdə Türk dövlətlərindən və toplumlarından çoxlu sayda dövlət adamları, millət vəkilləri, siyasətçilər, QHT-ləri, mətbuat qurumları və alimlər iştirak ediblər.

Türk dünyasından tanınmış siyasətçilərin və media nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti tərəfindən mükafatın təqdim edilməsi zamanı Şimali Kipr Türk Cümhuriyyətinin prezidentinin müşaviri, tanınmış ziyalı, yazar və jurnalist Ata Atun bildirib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında, yazılarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklər və türk xalqlarına əlindən gələn dəstəyi göstərir və eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan bğlgələrindən köçkün düşmüş köçkünlərin haqlarının müdafiəsi istiqamətində də hər zaman yorulmadan çalışır və münsiflər heyəti bu mükafatın ona verilməsi haqqında qərar qəbul edib.

Millət vəkili Qənirə Paşayeva ilə bərabər daha 4 nəfər - Krım tatarlarının lideri Mustafa Cəmilov, Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov, İraq Türkmən Cəbhəsinin lideri və Kərkük millət vəkili Ərşad Salihi və Suriya Türkmən Məclisinin sədri Əbdürrəhman Mustafa bu mükafata layiq görülüb.

İsmayıl Qaspıralı Gazetecilik və İnsan Haqları xüsusi mükafatı isə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Dərviş Eroğluna verilib. Mərasimə tanınmış modelyer Gülnarə Xəlilovanın hazırladığı göy-mavi rəngli Azərbaycan milli geyimi ilə qatılan millət vəkili Qənirə Paşayeva "dildə, fikirdə, işdə birlik" deyərək bu gün də bütün türk dünyasını birlik və bərabərıliyə səsləyən İsmail Bəy Qaspırallı İnsan Haqları mükafatını aldığı üçün çox duyğulandığını və bu mükafatın onun üçün çox böyük mənəvi önəm daşıdığını vurğulayıb:

"Mən bu mükafatı bu gün mənim burada ola bilməm üçün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz, fədakarcasına çalışan böyük dövlət adamlarımız və aydınlar adına, gözəl ölkəm Azərbaycan və gözəl insanlarımız azərbaycanlılar adına, Ermənistanın işğalı zamanı şəhid olan dostlarım, bütün şəhidlərimiz, qazilərimiz, Ermənistanın işğalı nəticəsində 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməyən və haqları tapdalanmaqda davam edən bütün qaçqın və köçkünlərimiz adına alıram və Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm".

Qeyd edək ki, tədbirdə Türk dünyasının hər tərəfindən bir sıra mediya qurumları o cümlədən AZTV, Azərbaycan Yazıçılar Birliyi və qurumun mətbuat katibi, şair-jurnalist Xəyal Rza da müxtəif mükafatlara layiq görülüb.

Tarix
2014.11.03 / 12:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla