Yuxarı

Qeydiyyatsız telefon satan dükanlar cəzalandırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mobil telefon satan mağazalarda qeydiyyatdan keçirilməmiş telefonların satışına qadağa qoyulacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirlik mobil cihazların satışı ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırır ki, satış məntəqələrində yalnız sertifikatlaşdırılmış və IMEI nömrələri bazada qeydiyyatda olan mobil cihazların satışı təşkil olunmalıdır. İstehlakçıların hüquqlarının qorunması məqsədilə aidiyyəti qurumlarla birgə satış məntəqələrində olan cihazların IMEI nömrələrinin qeydiyyatda olması yoxlanacaq.

Nazirlikdən bildirirlər ki, qeydiyyatsız mobil cihazların satışını təşkil edən hüquqi və fiziki şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, mobil cihazların qeydiyyatını "www.imei.az", "www.e-gov.az" saytlarında birbaşa və ya poçt şöbələrində aparmaq mümkündür.

Alıcılara mobil cihaz alan zaman IMEI nömrəsinin bazada qeydiyyatda olmasını "www.imei.az" saytına daxil olmaqla, IMEI nömrəsini 1677-yə SMS göndərməklə və ya "1677" çağrı mərkəzinə zəng etməklə yoxlamaları tövsiyə olunur.

Xatırladaq ki, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı - 5 (beş) manat, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı - 0.20 AZN olacaq.

Tarix
2014.11.03 / 15:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla