Yuxarı

Elmin İnkişafı Fondundan “Universitet qrantı”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yeni bir formatda "Universitet qrantı" müsabiqəsini elan edib.

Axar.az xəbər verir ki, müsabiqə ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha yüksək səviyyədə dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə ünvanlı şəkildə maliyyələşdirilməsi məqsədi ilə fondun Himayədarlar Şurası, Təhsil Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla elan olunub.

Elmin İnkişafı Fondu tərəfindən müsabiqə üzrə maliyyələşdirmənin cəmi həcmi 910 min manat nəzərdə tutulub.

Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçiriləcək müsabiqədə ekspertizanın nəticələri əsas götürülməklə, öncə Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından təqdim olunmuş layihələr maliyyələşdiriləcək.

Yuxarıda adıçəkilən ali təhsil müəssisələrindən layihələr daxil olmadıqda və ya texniki/elmi ekspertiza mərhələsindən keçmədikdə, digər ali təhsil müəssisələrindən müsabiqəyə daxil olmuş layihələrin müsabiqənin ümumi büdcəsi və şərtləri daxilində maliyyələşdirilməsi də nəzərdə tutulur. Müsabiqədə iştirak üçün müvafiq ali təhsil müəssisəsinin rəhbərliyinin təqdimatı tələb olunur.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu noyabrın 3-dən dekabrın 3-ü saat 17.00-a qədər qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2015-ci ilin 1-ci rübündə açıqlanması planlaşdırılır.

Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının (ali təhsil müəssisələrində səyyar seminarlar daxil olmaqla) keçirilməsi nəzərdə tutulub.

Müsabiqə ilə bağlı ətraflı məlumatı www.sdf.gov.az linkindən əldə edə bilərsiniz.

Tarix
2014.11.03 / 18:12
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla