Yuxarı

“81”-dən Nəqliyyat Nazirliyinə şikayət var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın 81 saylı marşrut xəttində özbaşınalıq əndazəni aşıb.

Bu barədə Axar.az-a Qaraçuxur qəsəbəsində yaşayan bir qrup sakin şikayətində yazıb. Sakinlərin dediyinə görə, Qaraçuxura iki marşrut xətti var - 66 və 81 saylı avtobuslar: "66 saylı avtobusun yolu dolanbac olduğuna görə, əsasən, 81 nömrəli marşrutdan istifadə edirik.

Bu marşrutun sürücüləri isə sərnişinlərlə tərəvəz kimi rəftar edirlər. Sürət həddini aşır, basabas yaradır, harda gəldi sərnişin götürür, ayaq basmağa yer qoymurlar, sıxlıqdan nəfəs almaq olmur. Sərnişinlər avtobusun qapısından sallanırlar".

Qəsəbə sakinləri Nəqliyyat naziri Ziya Məmmədova müraciət edərək Qaraçuxur istiqamətinə daha bir marşrut xətti açılmasını, 81 saylı xətdə çalışan sürücülərlə bağlı tədbir görülməsini xahiş edirlər. Sakinlər deyirlər ki, sürücülərin özbaşınalığı qəza riski yaradır:

"Hər gün eyni zülmü çəkirik. Avtobusa nə minmək, nə düşmək olur. Sürücülər avtobusa yer olmayanda da sərnişin götürürlər".

Tarix
2014.11.03 / 21:49
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla