Yuxarı

Ekspert avtobuslarda gediş haqqının artırılmasını təklif etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avtobuslarda gediş haqqı artımları həyata keçirilməlidir".

Axar.az xəbər verir ki, bu iddia ilə iqtisadçı ekspert Razi Abasbəyli çıxış edib. Onun fikirincə, bu sahədə islahatların həyata keçirilməsi üçün bunu mütləq etmək lazımdır. R.Abasbəyli açıqlamasında fikrini belə əsaslandırıb:

"Bakı şəhərində daxili sərnişindaşınmada gediş haqqı artırılmalıdır. Faktiki olaraq bu gün metro üzrə sərnişindaşınma ilə yerüstü nəqliyyatdakı tariflər arasında fərq yoxdur. Hansı ki, avtobuslarla sərnişindaşınma üçün dövlət tərəfindən sahibkarlara heç bir dəstək göstərilmir. Metro üçün isə dövlət tərəfindən dotasiyalar var. Azərbaycanda benzin və dizel yanacağının qiymətinin bu ilin fevral ayının 14-də bahalaşmasından sonra nəqliyyatda gediş haqqı dəyişməyib. Hökumət inzibati yollarla sahibkarlara təzyiq edərək gediş haqqını artırılmasına imkan verməyib. Hansı ki, bu ilin 9 ayı üzrə infilyasiya göstəricilərində 7 faizə qədər artım baş verib. Sərnişindaşınma üzrə əhalinin şikayətləri isə gündən günə artır. Bu sahədə keyfiyyət hər gün pisləşir. Düşünürəm ki, hökumət gələn ildən yerüstü nəqliyyatda sərnişindaşınma üzrə qiymətlərin artırılmasına dair qərar qəbul etməlidir. Qiymət artımı da bu sahədə kardinal islahatların aparılmasına yönəlməlidir. Metro ilə avtobuslar üzrə sərnişindaşınmanın qiymətlərində fərq mütləq olmalıdır ki, bu sahədə sərnişin sıxlığını da azaltmaq mümkün olsun".

Tarix
2014.11.04 / 08:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla