Yuxarı

Zakir Həsənov Hərb Oyunları Mərkəzində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Hərb Oyunları Mərkəzində olub.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, birlik komandirləri və qərargah rəislərinin iştirakı ilə keçirilən tədbirdə Mərkəzin vəzifələri və məqsədi barədə brifinq təqdim olunub.

Bildirilib ki, Mərkəzin əsas məqsədi strateji, əməliyyat-strateji və taktiki səviyyələrdə, həmçinin bölük və tağım komandirləri də daxil olmaqla müasir döyüş və manevr imkanları, relyef və iqlim şəraiti nəzərə alınmaqla keyfiyyət və kəmiyyət baxımından qərarların qəbul edilməsi və dəqiqləşdirilməsi məsələlərinin öyrənilməsi üzrə zabitlərin hazırlanmasıdır.

Müdafiə Nazirliyinin rəhbərliyi Mərkəzin əməliyyat və təhlil, komandanlıq və idarəetmə sisteminin trenajorları, birləşmiş münaqişə və taktiki simulyasiya, o cümlədən yardımçı bölmələri ilə tanış olaraq Mərkəzin fəaliyyəti ilə maraqlanıblar.

Sonda Müdafiə naziri Silahlı Qüvvələrdə komanda-qərargah məşqləri və təlimlərin keçirilməsi, birlik və birləşmə səviyyəsində zabitlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müasir və yüksək texnologiyalı kompüter proqramlarının tətbiqi, təlimlərin sayının artırılması, həmçinin təlimlərdə bütün döyüş hesabatlarının simulyasiya sistemi vasitəsilə yoxlanılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.

Tarix
2014.11.04 / 13:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla