Yuxarı

Qonşusunun maşının oğurlayıb qəza törətdi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax sakini qonşusunun maşınını oğurlayıb qaçıb, amma çox uzağa gedə bilməyib.

Axar.az İzvestiya.az-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının 130-cu kilometrliyində yerləşən Zaqatalanın Qazangül qəsəbəsi yaxınlığında baş verib.

Hadisəni Qax rayonu sakini 38 yaşlı Eldar Allahverdi oğlu Paşayev "Qaz 2410" avtomobili ilə törədib. Qəza nəticəsində müxtəlif xəsarət alan Eldar Paşayev öncə Zaqatala, daha sonra Qax Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.

Araşdırmalar zamanı bəlli olub ki, o, avtomobili qonşusu 23 yaşlı Məhəmməd Kərimovdan oğurlayıb.

Qeyd edək ki, Eldar Paşayev bundan öncə 10 il həbsdə yatıb. Onun hadisəni alkoqollu vəziyyətdə törətdiyi müəyyən edilib.

Tarix
2014.11.05 / 00:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla