Yuxarı

Tanınmış aparıcının evi qarət edildi - DİN-dən reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) radio aparıcısı Aygün Akifin evinin qarət edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Axar.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Report-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı sosial şəbəkələrdə və bəzi xəbər saytlarında reallığı əks etdirməyən məlumatlar yayılıb:

“Xanım aparıcıya istinadən yayılmış həmin məlumatlarda polisin oğurluq baş verən ünvana guya gec gəlməsi, gözləmə mövqeyində durması barədə fikirlər səsləndirilib. Birmənalı olaraq bildiririk ki, bu iddialar tamamilə əsassızdır. Belə ki, ötən gün - yanvarın 8-də axşam saatlarında xanım aparıcının anası Bahar Kərimova “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edərək Abşeron rayonunun Saray qəsəbəsindəki yaşadığı evdən oğurluq olması barədə məlumat verib. Dərhal Abşeron Rayon Polis İdrarəsinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu hadisə yerinə çıxıb. Xanım aparıcının yaşadığı evdən guya əvvəllər də oğurluq edilməsi barədə səsləndirdiyi iddialar da həqiqətdən uzaqdır və bu barədə özü də daxil olmaqla ailə üzvləri tərəfindən polisə heç vaxt hər hansı müraciət daxil olmayıb”.

O.Mansurzadə qeyd edib ki, xanım aparıcının Azərbaycan polisinin, həmçinin müasir informasya texnologiyalarının ən qabaqcıl, özünü təcrübədə dəfələrlə doğrultmuş nümunələrindən biri kimi “102-Zəng Mərkəzi” Xidmətinin fəaliyyətinə kölgə salmaq niyyəti, ictimaiyyəti çaşdırmaq cəhdi qəbuledilməz olduğu qədər təəssüf və təəccüb doğuracaq bir hərəkətdir:

"Vətəndaşlar tərəfindən ən müxtəlif hüquqpozmalarla, kriminal xarakterli hadisələrlə və digər məsələlərlə əlaqədar “102” Xidmətinə gündəlik olaraq dörd min civarında və bəzən daha çox müracət daxil olur və həmin müraciətlər dərhal Nazirliyin aidiyyəti idarə və ərazi polis orqanlarına yönləndirilərək onlara operativ şəkildə reaksiya verilir, qanunvericiliyə uyğun olaraq müvafiq araşdırmalar aparılır. Ona görə heç bir dəqiqləşdirmə aparmadan, məlumatın səhihliyini, doğruluğunu ən azı bir neçə, o cümlədən rəsmi mənbələrlə yoxlanılmadan polisin fəaliyyəti barədə qərəzli, qeyri-obyektiv informasiyaların, yazıların yayımlanması qətiyyən yolverilməzdir, jurnalist və peşə etikasından kənardır”.

DİN rəsmisi bildirib ki, hazırda oğurluq edən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2019.01.09 / 19:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla