Yuxarı

Dənizdə meyiti tapılan azərbaycanlıdan yeni xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:34

Ötən gün Türkiyənin Samsun şəhəri yaxınlığında “Volqabalt 214” gəmisinin qəzaya uğradığı ərazidə tapılan iki meyitinin heç biri Azərbaycan vətəndaşı gəmi kapitanı İsmayılov Turbat Kamil oğluna aid deyil.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov Azərtac-a deyib.

O bildirib ki, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə fasiləsiz olaraq əlaqə saxlayır. Dünən aşkarlanan meyitlər patoloji müayinədən keçirilib və şəxsiyyətləri müəyyənləşdirilib. Bunlardan heç biri azərbaycanlı kapitana aid deyil. Hazırda qəza baş verən bölgədə hava şəraiti kəskin dəyişdiyi üçün axtarışların helikopterlər və gəmilərlə aparılması müvəqqəti dayandırılıb. Dənizdə dalğa 3 metr səviyyəsinə qalxıb. Lakin çətin hava şəraitində axtarış aparılması nəzərdə tutulan texnikalarla davam etdirilir.

Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volqabalt 214” gəmisinin qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb.

***

Qara dənizin Samsun sahillərində “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşı - gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlunun cənazəsi bu gecə “Türk Hava Yolları” aviaşirkətinin təyyarəsi ilə ölkəmizə göndəriləcək.

Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev Azərtac-a bildirib ki, cənazənin göndərilməsi “Volqabalt 214” gəmisinin məxsus olduğu şirkət tərəfindən həyata keçirilir.

Hadisə ilə bağlı diplomatik nümayəndəliyimizdə yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.

Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun cənazəsinin tapılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Qəza baş verən ərazidə helikopter və gəmilərin iştirakı ilə axtarış işləri davam etdirilir.

Tarix
2019.01.09 / 20:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla