Yuxarı

Azərbaycanda “donuz qripi” qeydə alınıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Taun Əleyhinə Stansiyaya tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 860-dan çox nümunə daxil olub və nümunələrin heç birində "donuz qripi" aşkarlanmayıb.

Bunu Tibb.az-a Stansiyanın Epidemioloji tədqiqatlar şöbəsinin müdiri Kamran Əfəndiyev deyib.

O bildirib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında “donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb. Palatalar dərman vasitələri və tibbi ləvazimatla təchiz edilib.

Hərarətli xəstələri aşkarlamaq üçün sərhəd keçid məntəqələri də termoindikatorlarla təchiz edilib.

Bu yerdə qeyd edək ki, son bir ay ərzində qonşu Gürcüstanda A tipli H1N1 ("donuz qripi") virusundan ölənlərin sayı 13 nəfərə çatıb, Ermənistanda isə 10-dan çox insan bu virusa yoluxub.

“Donuz qripi”ndən qorunmağa dair tövsiyələr

A (H1N1) tipli qripə ("donuz qripi") qarşı qorunmaq üçün xəstə görünən, hərarəti olan və öskürən şəxslərlə təmasda olmamaq, tez-tez əlləri sabunla yumaq, kifayət qədər yatmaq, fiziki aktivlik və yaxşı qidalanmaq lazımdır.

Eyni zamanda, xəstəni digər ailə üzvlərindən təcrid etmək (ən azı 1 metr məsafədə saxlamaq), xəstə ilə təmasda olarkən ağız və burunu maska ilə örtmək, xəstənin istifadə etdiyi məişət əşyalarını təmiz yumaq, xəstə ilə hər təmasdan sonra əlləri təmiz yumaq, xəstə olan otağın havasını mütəmadi olaraq dəyişmək və xəstənin olduğu mühiti kifayət qədər təmiz saxlamaq vacibdir.

Əgər sizdə hərarət, ümumi halsızlıq, öskürək və ya boğaz ağrısı varsa, mütləq evdə qalın, işlədiyiniz yerə getməkdən, kütlə ilə təmasdan çəkinin. Kifayət qədər istirahət edin və çoxlu miqdarda maye qəbul edib, öskürdükdə və ya asqırdıqda, ağzınızı və burnunuzu birdəfəlik tənziflə örtün, silin və bu tənzifi ayrıca zibil qutusuna atın. Ən əsası isə həkimə müraciət edin!

Tarix
2019.01.09 / 19:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla