Yuxarı

Bakı, Boston və Vaşinqton arasında veb-konfrans - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycan Yüksək Texnologiyalar Parkı və İsrailin ABŞ-ın Nyu-İnqlənd ərazisindəki baş konsulluğunun birgə təşkilatçılığı ilə Azərbaycan startapları üçün kapitallaşma və bazara giriş strategiyalarına dair "Bakı-Boston Startap veb-konfransı 1.0.” keçirilib.

Axar.az xəbər verir ki, görüşün əsas natiqi İsrailin Nyu-İnqlənddəki baş konsulluğunun iqtisadi məsələlər şöbəsinin direktoru Ostin Sadağatpur Azərbaycan startaplarına Boston və ümumilikdə, ABŞ biznes mühitinin xüsusiyyətlərindən danışıb. O, israillilərin Bostonda yaratdıqları bizneslərin uğurları, eləcə də İsrailin Boston şəhəri ilə yaratdığı biznes əlaqələri barədə məlumat verib.

Qeyd edək ki, Boston ABŞ-ın yüksək texnologiyalar üzrə ixtisaslaşmış əsas şəhərlərindəndir. Bu şəhər elmi araşdırmalar və inkişaf (R&D) sahəsində çalışanların sayına görə ABŞ-ın orta göstəricisindən 2 dəfə yarım yüksək nəticəyə malikdir. Boston şəhəri, eyni zamanda, dünya üzrə vençur kapitalının cəlb edilməsinə görə aparıcı sıralardadır.

Müstəqil araşdırmalara görə, israillilərin təsis etdiyi bizneslər Boston və ümumilikdə, Massaçusets ştatının sənayesində əsas aparıcılardandır. Yalnız 2015-ci ildə bu şirkətlər 9,3 milyard ABŞ dolları həcmində iqtisadiyyata birbaşa gəlir qazandırıb. Ştat iqtisadiyyatına ümumi təsirləri isə 18.1 milyard ABŞ dolları həcmində ölçülür. 2013-2015-ci illər ərzində bu şirkətlər 1,2 milyard ABŞ dolları həcmində vençur kapital cəlb etməyə nail olub.

Tarix
2019.01.10 / 01:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla