Yuxarı

Marks ov edərkən Qusarda yaxalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması, eləcə də ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirilib.

Bu barədə Axar.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Keçirilmiş reyd zamanı Qusar rayonunun Hil kəndi ərazisində Hil kənd sakini Marks Dövlətov ov edərkən saxlanılıb. Ondan 1 ədəd tüfəng götürülərək barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib. Qanun pozucusu 1000 manat məbləğində cərimə olunub.

Digər reydlər zamanı Bərdə və Qusar rayonları ərazisində ov edən naməlum şəxslər saxlanılıb. Onlardan 2 ədəd tüfəng və 18 ədəd patron götürülüb. Hər iki fakt üzrə akt tərtib edilib, təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon Polis Şöbələrinə müraciət olunub.

Eyni zamanda, keçirimiş reydlər zamanı ov quşlarının satışının təşkil edildiyi də aşkarlanıb. Belə ki, Lənkəran rayonu Şirinsu kəndi ərazisində 1, Qumbaşı kəndi ərazisində 4, Masalllı rayonu avtomobil yolunun kənarında 3 nəfər saxlanılaraq onlardan ümumilikdə 24 ədəd quş götürülüb və yandırılaraq məhv edilib. Qanun pozucuları barəsində müvafiq aktlar tərtib olunub, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün tərtib edilmiş sənədlər aidiyyəti rayon polis şöbələrinə göndərilib.

Tarix
2014.11.05 / 11:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla