Yuxarı

Bu hərbçilər ehtiyata buraxıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun ehtiyata buraxılmaları ilə əlaqədar “Vətənə xidmətinə görə sağ ol!” adlı təntənəli yola salma mərasimi keçirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, mərasim ulu öndər Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin ifası və Dövlət Bayrağının gətirilməsi ilə başlayıb.

Daha sonra rəmzi olaraq xidmət müddəti başa çatmış əsgərlər tərəfindən döyüş növbətçiliyini qəbul edən əsgər yoldaşlarına silahların, zirehli jiletlərin və dəbilqələrin təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə çıxış edən birlik komandiri ehtiyata buraxılan şəxsi heyətə Müdafiə nazirinin təbriklərini çatdırıb, döyüş növbətçiliyini qəbul edən hərbi qulluqçulara tövsiyələr verərək gələcək xidmətlərində uğurlar və qələbə sevinci arzulayıb.

Xidmət müddətində nailiyyətlər əldə etmiş hərbi qulluqçuların həvəsləndirilməsi və qiymətli hədiyyələrlə mükafatlandırılmasından sonra Füzuli Dövlət Dram Teatrının kollektivi şəxsi heyət qarşısında çıxış edib.

Tədbir bayram naharı ilə sona çatıb.

Tarix
2019.01.10 / 12:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla