Yuxarı

İcra başçısının müavini vəzifədən çıxarıldı – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayon icra başçısının müavini, Aqrar məsələlər şöbənin müdiri Tağızadə Pərviz Bəhram oğlu vəzifəsindən azad edilib.

Bu barədə Axar.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda Pərviz Tağızadənin vəzifəsindən Alimpaşa Məmmədovun Şəmkirə yeni rəhbər təyin olunduqdan qısa zaman sonra azad edildiyi deyilib.

Şəmkir Rayon İcra Hakimiyyəti də məsələ ilə bağlı faktı təsdiqləyib. İcra Hakimiyyətindən Axar.az-a verilən açıqlamada Pərviz Tağızadənin səhhəti ilə əlaqədar vəzifəsindən azad olunduğu bildirilib:

"Pərviz Tağızadə öz istəyi əsasında vəzifəsindən azad edilib. O, şəkər xəstəliyindən əziyyət çəkir. Alimpaşa Məmmədov yeni icra başçısı təyin edildikdən sonra onunla işləyə biləcəyini bildirsə də, Pərviz Tağızadə bununla razılaşmadı və səhhətinin işləməyə imkan vermədiyini qeyd etdi".

Alimpaşa Məmmədov oktyabrın 8-də Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinə rəhbər təyin edilib. O bu vəzifədə Nizami Veysovu əvəzləyib.

Alimpaşa Məmmədov bundan öncə də Şəmkirdə çalışıb. O, bir müddət Şəmkir Rayon Vergilər İdarəsinin rəhbəri olub. İcra başçısı təyin olunana qədər isə A.Məmmədov Bakı şəhər Vergilər Departamentinin rəisi idi.

Tarix
2014.11.05 / 12:40
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla