Yuxarı

Bakıda təcili yardım halı pisləşən şəxsə kömək etmədi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:48

Bakıda Bakıxanov küçəsindən keçən təcili yardım maşınları yolda halı pisləşən xəstəyə kömək etməyib.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Kamran Mahmudov Feysbuk hesabında video paylaşıb:

"Saat 11.30 radələrində, Bakıxanov küçəsi, "Dostluq" kinoteatrının yaxınlığından keçərkən bir xeyli insanın toplaşdığını gördüm. Hadisə yerinə yaxınlaşanda aydın oldu ki, bir nəfər yaşlı kişinin halı pisləşib, toplaşan insanlar isə ona kömək etməyə çalışır. Hadisə şahidləri bildirdilər ki, təcili yardıma xəbər verdikləri vaxtdan həmin ərazidən bir neçə təcili tibbi yardım maşını keçsə də, heç biri saxlamayıb. Mən orada olduğum müddətdə də 2 təcili tibbi yardım maşını həmin ərazidən keçirdi. Biri özəl klinikalardan birinə, o biri isə dövlətə məxsus idi. İnsanlar dövlətə məxsus təcili tibbi yardım maşınının qarşısını kəssə də, saxlamadılar. Yol polisi məsələyə qarışdıqdan 20 dəqiqə sonra yeni təcili tibbi yardım maşını ilə xəstəni xəstəxanaya qaldırdılar".

Səhiyyə Nazirliyindən məsələ ilə bağlı verilən açıqlamada bildirilib ki, ərazidən keçən və dövlətə məxsus olan təcili tibbi yardım maşını qaraja gedən olub və içərisində tibbi personal olmayıb:

“Dövlətə məxsus təcili tibbi yardım maşını oksigen balonu götürmək üçün qaraja gedirmiş və maşında nə həkim, nə də tibb bacısı olub. Buna görə sürücü ərazini tərk edib. Bizə xəstə üçün çağırış saat 11.35-də olub. Təcili tibbi yardım maşını isə 11.47-də artıq həmin şəxsi götürüb. Səhhəti pisləşən xəstənin adı isə Seyfulla Verdiyevdir və 71 yaşı var. Həmin şəxs təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Səhhəti hazırda normaldır”.

Tarix
2019.01.10 / 15:20
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla