Yuxarı

Azərsell Cocuq Mərcanlıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azersell-in Mobil Müştəri Xidmətləri Cocuq Mərcanlı qəsəbəsinə səfər edib

Axar.az xəbər verir ki, ölkəmizdə innovativ və nümunəvi müştəri xidmətləri modelini quran və tətbiq edən "Azersell Telekom" MMC bu dəfə hazırda düşmənlə təmas xəttində yerləşən Cocuq Mərcanlı qəsəbəsində yaşayan abunəçilərini sevindirib. Belə ki, Azersell-in Mobil Müştəri xidmətləri qəsəbəyə səfər edərək, kənd sakinlərinə xidmət göstərib.

Səfər zamanı Azersell tərəfindən abunəçilər üçün müxtəlif növ kampaniyalar da keçirilib. “Azersell hər evə gəldi” kampaniyası çərçivəsində qəsəbənin hər evinə 1 ədəd nömrə hədiyyə verilib. Onu da vurğulayaq ki, Azercell yeni abunəçilərə 100 şəbəkədaxili dəqiqə, smartfon əldə edən müştərilərə isə 2 növ hədiyyə seçimi təqdim edib: 1000 şəbəkədaxili dəqiqə və ya limitsiz mobil internet paket.

Xatırladaq ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində əhalinin daim keyfiyyətli və sərfəli rabitə ilə təmin olunması üçün 2017-ci ildə şəbəkənin gücləndirilməsi məqsədilə Azersell tərəfindən zəruri işlər görülmüşdür.

Qeyd edək ki, 2018-ci il ərzində şirkət tərəfindən şəbəkənin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi, ölkənin bütün bölgələrində abunəçilərin yüksək sürətli internetlə təmin olunması məqsədilə ardıcıl işlər görülüb, respublikanın bir çox bölgələrində yeni 4G stansiyaları quraşdırılıb. Nəticədə ölkə boyunca Azercell 4G istifadəçilərinin sayı artaraq, 1 milyonu keçib. Beləki, 2018-ci il ərzində Azərbaycanın daha 30 bölgəsində Azersell-in 4G şəbəkəsi qurulub. Hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı abunəçilər 42 bölgədə 4G şəbəkəsindən rahat istifadə edə bilirlər. Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell-in 2018- ci ildə 4G əhatə dairəsi 2 dəfə genişlənib, mobil internetdən istifadə həcmi isə 50% artıb.

Məlumat üçün bildirək ki, hər zaman abunəçilərinə daha rahat və keyfiyyətli xidmət təqdim etməyi hədəfləyən "Azercell Telekom" MMC 2018-ci ildə Bakı və bölgələrdə ümumilikdə 16 yeni Eksklüziv mağaza istifadəyə verib.

Tarix
2019.01.10 / 23:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla