Yuxarı

"Bunlar İmam Hüseynə uyğun deyil"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bunlar İmam Hüseynə uyğun deyil"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü Bakı kəndlərində, o cümlədən Nardaranda bəzi məclislərin İran bayrağı və bu ölkənin siyasi liderlərinin portretləri altında keçirilməsinə münasibət bildirib.

M. Qurbanlı APA-ya açıqlamasında bildirib ki, belə hallar qəti şəkildə pislənilir.

M. Qurbanlı qeyd edib ki, Azərbaycanın İranla münasibətləri çox normaldır: "O portretlərdəki insanlar İranın ali dövlət adamları kimi tanınırlar və onların şəkillərinin nümayiş etdirilməsi dini mərasimlərə aid olmayan haldır. Ona görə də bu hal bizim tərəfdən qətiyyətlə pislənilir".

Komitə sədri deyib ki, bu cür hərəkətlərlə kimlərsə orada özünü göstərmək istəyirsə, yanılır: "Hər şeydən əvvəl bilsinlər ki, nümayiş etdirdikləri nə İmam Hüseynə (ə) və digər müqəddəslərə, nə də o məclislərin keçirildiyi ərazilərdəki ziyarət yerlərinə uyğundur. Oradakı sakinlər də bilməlidirlər ki, ümmət olmamışdan əvvəl millətdirlər. Azərbaycan xalqına, dövlətinə və bayrağına sədaqətini nümayiş etdirməlidirlər. Başqa dövlətin bayrağı və siyasi liderinin fotosu altında dini ayin icra etmək, məclis qurmaq qəti yolverilməzdir. Bunun Kərbəla hadisələri ilə də əlaqəsi yoxdur".

M. Qurbanlı deyib ki, Dövlət Komitəsinin nümayəndələri məsələni yerindəcə araşdırıblar: "Həmin ərazidə fəaliyyət göstərən dini icmalara müvafiq qaydada ciddi xəbərdarlıq olundu, belə hallara gələcəkdə qəti şəkildə yol verilməməsi bildirildi".

Komitə sədri onu da deyib ki, Azərbaycanda istənilən dinə aid mərasimlərin keçirilməsi üçün yüksək səviyyədə şərait var və dövlət buna heç vaxt qadağa qoymur: "Ötən gün Aşura mərasimləri də çox yaxşı keçdi, ötən illərlə müqayisədə nöqsanlı hallar çox az baş verdi, əksər yerdə isə demək olar ki, baş vermədi".

Qeyd edək ki, Məhərrəm ayının girməsi, eyni zamanda Aşura günü ilə əlaqədar Bakı kəndlərində, xüsusilə Nardaranda keçirilən məclislər İran İslam Respublikasının bayrağı və İranın dövlət xadimlərinin fotoları altında keçirilib, video çəkilişləri internetdə yayılıb.

Tarix
2014.11.05 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla